banner
banner

Dünya

Türkiyə MOK-un vitse-prezidenti: Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi edə bilər

Türkiyə MOK-un vitse-prezidenti:

“Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi edə bilər”. Cia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Həsən Arat Anadolu Agentliyinə müsahibəsində bildirib.

MOK rəsmisi qeyd edib ki, əgər Türkiyə ikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürsə, Avropa Olimpiya Komitəsinin buna müsbət baxacağına inanır: "Oyunların keçirilməsi üçün təkcə İstanbulda deyil, Mərsin və Antalyada da hər cür şərait var. Oyunların Türkiyədə keçirilməsi ilə bağlı son qərar siyasətçilərindir”.

“Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən H.Arat bu günə qədər hər şeyin mükəmməl təşkil olunduğunu vurğulayıb: "İllər keçdikcə Avropa Oyunlarının önəminin daha da artacağına inanıram. Açılış mərasimində iki əhəmiyyətli hadisə baş verdi. Birincisi, Ermənistan komandası minlərlər azərbaycanlının önündən keçməyə cəsarət etdi. İkincisi isə türkiyəli idmançılar arenaya daxil olanda azərbaycanlıların böyük sevgisinin şahidi oldular. Türkiyə nümayəndə heyətinin qarşılaşdığı bu sevgi tarixi hadisədir”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.