"Bakı-2015" birinci Avropa Oyunlarının güləş yarışlarında qadın idmançılar mübarizəni davam etdirirlər.
Cia.az-ın məlumatına görə, güləş yarışlarının dördüncü günündə 53, 58, 63 və 75 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparırlar.
Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Anjela Doroqan (53 kq) türkiyəli Merve Kenger, İrina Netreba (58 kq) İtaliya təmsilçisi Karola Rainero, Elmira Qəmbərova (63 kq) Henna Johansson (İsveç), Gözəl Zutova (75 kq) Ukrayna güləşçisi Oksana Vaşçuk ilə qarşılaşacaq. ___________________
Kazan Universiadasının bürünc medalçısı və Avropa çempionatının gümüş mükafatçısı İrina Netreba (58 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb. İtaliya təmsilçisi Karola Raineronu məğlub edən güləşçimiz dörddəbir finalda Bolqarıstan idmançısı Mimi Xristova ilə qarşılaşacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.