banner
banner

Dünya

“Seks kasetini üzünə söylədim” - Baykal Ərdoğanla görüşündən danışdı

“Seks kasetini üzünə söylədim” -

İyunun 7-si keçirilən seçkilərdən sonra Türkiyə prezidenti ilə görüşən CHP-li millət vəkili Dəniz Baykal yenidən məlum kaset hadisəsi ilə bağlı danışıb. 

Cia.az xəbər verir ki, D.Baykal 2010-cu ildə CHP liderliyindən istefasına səbəb olan kaset hadisələrində Ərdoğanı ittiham etməsi ilə bağlı qənaətinin dəyişib-dəyimədiyi ilə bağlı suala cavab verib. “Hurriyet”ə danışan Baykal seçkidən sonra Ərdoğanla görüşdə də bunu dövlət başçısının üzünə söylədiyini bildirib. 

Qeyd edək ki, sabiq partiya lideri Baykal hələ 2013-cü ildə verdiyi müsahibəsində o zamanki baş nazir Ərdoğanın kaset olayından xəbərdar olduğunu və onun razılığı əsasında bunun baş verdiyini bildirmişdi. 

O, qənaətinin hələ də dəyişmədiyini, lakin Ərdoğanın görüşünə getməsinin tamamilə dövlət işi olduğunu vurğulayıb:

“Mənim yaşadığım hadisələr, məruz qaldığım haqsızlıqlar və tələlər, mənə yaşatmaq istədikləri acılar bir yana. Bunun hesabını hüquq və tarix zamanı gələndə sorğu-sual edəcək. İndi isə dövlət işi görürük. İnsanlar bunu anlamır, siyasətimizin problemi də budur. 2013-də sizinlə danışarkən eyni şeyi təkrar etdim. 2015-də də məndən soruşursunuz, yenə də eyni şeyi söyləyirəm. Sizə bir şey də deyim, bəlkə düz etmirəm, amma bunu cənab prezidentimizlə görüşdə də dedim”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.