banner
banner

Dünya

Toyda rüsvayçılıq: bəy toyun sonunu gözləmədi... - VİDEO

Toyda rüsvayçılıq:
ABŞ-ın Siettl şəhərində olduğu vurğulanan bu toyun videosu sosial şəbəkələrdə sürətlə yayılmaqdadır. Video YouTube-da paylaşılandan sonra isə ona cəmi iki sutkada 1 milyon nəfərdən artıq insan baxıb.

Cia.az Daily Mail-ə istinadən bildirir ki, videonu yayan amerikalı Lüsi Dananın dediyinə görə, toyda bəyin belə hərəkətini kimsə ağlına da gətirməzdi.

İçib sərxoş olmuş bəy stulda əyləşmiş gəlinin qucağına oturmaq istəyib. Bundan əvvəlsə o, "İndi erotik rəqs edəcəyəm" söyləyib.

Daha sonra gəlinin qarşısnıda diz çökən təzə bəy corabbağını çıxarmağa çalışsa da, alınmayıb. Sonucda o, dartıb çıxardığı corabbağını dişləri ilə tutaraq başını yelləməyə başlayıb.

Hirsindən gözləri yaşaran gəlin "Bəsdir, biabır etdin bizi! Bəsdir!" desə də, sərxoş bəy öz aləmində idi.

Bəyin qardaşları və atası onu zorla dartaraq gəlindən aralayıblar.

 
 Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.