Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.
Yarışın son günündə daha 4 dəst medalın sahibi bilinəcək.
Qadınlar arasında 53 kq çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2.
O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda rumıniyalı Natalya Budunu xalçaya dəvət edib və 7:2 hesablı qələbə ilə adını finala yazdırıb.
O, finalda polşalı Roksana Zasina ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 3:1 hesabı ilə yenən idmançımız ölkəmizə 8-ci "qızıl"ı qazandırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.