banner
banner

İdman

Bakıda yaxşı qarşılandıq: Erməni idmançı

Bakıda yaxşı qarşılandıq:

"Bakıda heç bir psixoloji təzyiq olmayıb. Bizi yaxşı qarşıladılar". Bunu Azərbaycanın paytaxtında keçirilən I Avropa Oyunlarında mübarizə aparan erməni idmançı deyib. 
Karapet Çalyan yunan-Roma güləş növündə 75 kq çəki dərəcəsində mübarizə aparıb. 
Uduzan erməni idmançı artıq ölkəsinə qayıdıb və jurnalistlərə açıqlama verib. 

Çalyan öz çıxışından narazı qaldığını da dilə gətirib. "Birlmirəm ki, nə üçün belə oldu, heç bir psixoloji təzyiq yox idi. Yaxşı hazırlaşmışdım və medal qazanmağı çox istəyirdim. Amma alınmadı". 

Xatırladaq ki, erməni güləşçi Miqran Arutyunyan (66kq) da bir neçə gün öncə Bakı haqqında təəssüratları ilə bölüşmüşdü. Erməni idmançı Bakı-2015 haqda təəssüratlarının çox yaxşı olduğunu bildirib. "Buraya mənə böyük etiraz olacağını bilə-bilə gəldim. Bundan başqa mənə çox yaxşı münasibət göstərən azərbaycanlılar var. Onlara təşəkkür edirəm". 
Miqran Arutyunyan Bakı-2015-də rus güləşçi Artyom Surkova məğlub olaraq gümüş medal qazanıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.