banner
banner

İdman

Azərbaycanlı atıcılar mübarizə aparır - yenilənir

Azərbaycanlı atıcılar mübarizə aparır -

Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının ikinci günü başlayıb.

Cia.az-ın AzərTac-a istinadən xəbərinə görə, yarışın ikinci günündə kişilər və qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma, həmçinin kişilər arasında səngər stendi yarışları keçirilir.

Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışında ölkəmizi İradə Aşumova və Nərminə Səmədova təmsil edir. Bu gün həmçinin Azərbaycanın iki idmançısı- Rəsul Məmmədov və Ruslan Lunev kişilər arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışında medal uğrunda mübarizə aparacaq.

Elvin İsmayılov və Əlimirzə Quliyev isə kişilər arasında səngər stendi yarışının ikinci təsnifat günündə mübarizələrini davam etdirəcəklər.

Fərdi yarışların qalibləri birbaşa "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.

Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır. Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.
____________________

Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışının təsnifat mərhələsi başlayıb.

Yarışda 36 idmançı mübarizə aparır. Azərbaycanı İradə Aşumova və Nərminə Səmədova təmsil edir.

 
 


 

 

 

 

 

 

 

 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.