banner
banner

Dünya

ABŞ “Xorasan”ı vurdu

ABŞ “Xorasan”ı vurdu

Amerika Birləşmiş Ştatları (ABŞ) başçılığı ilə koalisiya qüvvələri İraq və Suriyada 3 gün ərzində İŞİD terror qruplaşmasına qarşı 35 hava hücumu həyata keçirib.

ANS PRESS-in məlumatına görə, son üç gündə həyata keçirilən anti-İŞİD əməliyyatları zamanı Suriyadakı “Əl-Qaidə” əlaqəli olan “Xorasan” qrupu da hücum hədəfinə çevrilib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yaydığı açıqlamada ABŞ və koalisiya qüvvələrinin 12-14 noyabr tarixləri arasında hərbi qırıcılar və pilotsuz hava qırıcıları yolu ilə İŞİD-ə qarşı Suriyada 19, İraqda 16 havadan hücum həyata keçirdiyi bildirilir.

Qeyd edək ki, “Xorasan” qruplaşması Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. Yaxın Şərq, Cənubi-şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən ibarət bir qruplaşmadır. ABŞ kəşfiyyatı sözügedən qruplaşmanın bir sıra böyük terror aktları törətmək planları olduğunu qeyd etməklə yanaşı, “Xorasan”ın digər terror qruplaşmalarından təhlükəli ola biləcəyini də qeyd edir.

“NSA” qruplaşmanın üzvləri arasında xüsusilə Yəmən və Əfqanıstandan gələn bomba hazırlayan mütəxəssislərin olduğunu bildirir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.