banner
banner

İdman

Bakı 2015-də ən uğurlu günümüz - CƏDVƏL

Bakı 2015-də ən uğurlu günümüz -

Bu gün birinci Avropa Oyunlarında keçirilən yarışlarında Azərbaycan 11-ci qızıl medalını qazanıb.

Cia.az-ın məlumatına görə, komandamız bir gündə 3 qızıl medal qazanıb. Lakin Azərbaycan yenə siyahıda ikinci yerdədir.

Reytinq siyahısına artıq bir neçə gündür ki, Rusiya başçılıq edir.

Kişi idmançılar arasında olan reytinq cədvəlində də 1-ci yerdə Rusiya, 2-ci yerdə Azərbaycandır. Qadın idmançıların reytinq cədvəlində isə komandamız geriləyərək 5-ci yerə düşüb.

Ümumilikdə, Azərbaycan birinci Avropa Oyunlarında 11 qızıl, 3 gümüş və 9 bürünc medal qazanıb. Rusiya idmançıları isə 16 qızıl, 5 gümüş, 8 bürünc medal qazanıb. Rusiya ümumilikdə 29, Azərbaycan isə 23 medala sahibdir.

Xatırladaq ki, bu gün Azərbaycanın daha 3 güləşçisi xalça üzərinə çıxıb. Bir az əvvəl Toğrul Əsgərov (65 kq) Avropa Oyunlarının qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medalını qazanıb. Yaşar Əliyev (57 kq) 3-cü yer uğrunda mübarizə aparsa da, yarışların bürünc medalını qazana bilməyib.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

İyunun 15-və 16-da qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Hansı ölkənin nə qədər medal qazandığı və neçənci yerdə olduğunu aşağıdakı cədvəldə görə bilərsiniz.


ÜMUMİ




KİŞİLƏR ARASINDA




QADINLAR ARASINDA

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.