"Son iki ildə çox uğursuz nəticələr göstərdim. Zədəm yaxşı çıxış etməyə imkan vermirdi. Amma hər şeyin öhdəsindən gəldim".
Cia.az-ın məlumatına görə, bu sözləri Avropa Oyunlarının sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində qızıl medal qazanan güləşçimiz Toğrul Əsgərov deyib.
Avropa Oyunlarının qalibi jurnalistlərin tənqidinə də cavab verib. O, jurnalistlərə cavabını meydanda verdiyini bildirib.
"Mənim üçün çox çətin oldu. Avropa və dünya çempionatı 2 ildən artıqdır ki, mənim üçün uğursuz olub. Bu gün üçün çox güclü hazırlaşırdım. İstəyim, məqsədim o idi ki, birinci Avropa Oyunlarında qızıl medal qazanım. Şükürlər olsun ki, bunu əldə etdim",- deyə çempionumuz qeyd edib.
Son zamanlar onu uğursuzluq zolağına düşməkdə ittiham edənlərini fikirlərini normal qəbul etdiyini deyib: "Bu, həmişə belə olub. İstər-istəməz uduzanda reaksiya başqa olur, udanda başqa. idmançılara arzu edurəm ki, həmişə qələbə qazansınlar, üzlərində qələbə sevinci olsun.Buna qadirəm, potensialım çatır. 19 yaşımda Olimpiya çempionu olmuşam. Mənim hələ yolum uzundur. İki il ardıcıl uğursuzluq oldu. Dizimdən əməliyyat oldum, 1 il döşəkdən kənar qaldım. Bir ildə özümü yenidən yığmaq çətin oldu. İndi hər şey yaxşıdır".
T.Əsgərovun sözlərinə görə, o, rəqiblərini demək olar ki, hamısını tanıyıb: "Əsas odur ki, kim güclü idisə, o da qalib oldu. Lakin finalda görüşdüyüm italiyalı rəqibi ilə ilk dəfə idi ki, görüşürdüm".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.