Müalicə edilməsə, xərçəngə çevrilə bilər – REFLÜKS nədir?
Mədə narahatlıqları kimi bilinən, ictimai həyata təsir edən və həyat keyfiyyətini pozan sağlamlıq problemlərindən biri də reflüksdür.
Reflüks nədir?
Mədə möhtəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi Qastroezofageal Reflüks Xəstəliyi (QERX) adlanır. Qida borusu və mədəni ayıran qapağı təşkil edən əzələlərin tonusdan düşməsi və ya mədə daxilində təzyiqin artması mədə möhtəviyyatının geriyə - qida borusuna qayıtmasına səbəb olur. Sfinkter (qapaq) əzələlərinin tonusdan düşməsinə hamiləlik, nikotin, spirtli içkilər, kofe, şokalad, nanə, yağlı qidalar təsir edə bilər:
Əlamətləri:
- Ağızda turş dad
- Bəzən ağızda turş dadlı suyun yığılması
- Çox gəyirmə, köp
- Döş sümüyünün arxasında yanğı hissi və ağrı
- Boğazda göynəmə hissi
- Udmanın çətinləşməsi
- Uzanan zaman töyşümə və ya öskürmə
- Yatanda tənəffüsün çətinləşməsi
Bəzən bu əlamətlərə görə, reflüksü xroniki farengitlə qarışdırırlar. Sadalanan şikayətləri mütəmadi olaraq yaşanan və dərman qəbul etmək istəməyən reflüks xəstələri bu problemdən əməliyyatla xilas ola bilərlər.
Uzun müddət davam edən və müalicə edilməyən reflüks hallarında “Barrett özofagus” adlanan hal meydana gəlir ki, bu da yemək borusu bazasının dəyişməsi halıdır. Bu hal meydana gələn xəstələrdə qida borusu xərçəngi riski yüksəkdir. Ümumiyyətlə, reflüksün müalicə edilmədiyi təqdirdə xərçəngə dönüşmə təhlükəsinin olduğu deyilir.
Reflüksün müalicəsində ilk olaraq dərman müalicəsi ilə yanaşı xüsusi pəhriz proqramı da təyin olunur. Uzun müddət dərman qəbulundan bezənlər üçün çıxış yolu olaraq əməliyyat edilir. 30-40 dəqiqə davam edən Laparoskopik əməliyyatla mədə ilə qida borusu arasındakı qapaq düzəldilir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.