Çin polisi 10 “gizli bank” aşkar edərək bağlayıb. Bu banklar Çindən xaricə 22,6 milyard dollar pul köçürüblər.
Polis 59 nəfəri həbs edib, 264 bank hesabını dondurub. 800 bank kartını müsadirə edib.
Polis bildirib ki, bu adamlar öz evlərində oturub, bank hesablarını satın alırmış. Sonra bu bank hesablarının hər birindən xaricə 50 min dollar köçürürmüş. Çin qanunlarına görə, bir hesabdan xaricə bir ildə 50 min dollardan artıq köçürmək olmaz (azadliq.org).
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.