ABŞ prezidenti Barak Obama Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edib.
Cia.az-ın məlumatına görə, ABŞ preizdenti Barak Obama özü və xanımı Mişel Obama adından ABŞ-da, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların oruc ibadətini təbrik etdiklərini söyləyib.
Ağ Ev rəhbəri Ramazan ayının ailələri və qohumları, dost-tanışları bir araya gətirdiyini vurğulayıb.
“Bu ay, inancı gücləndirmək, mərhəmət, bağışlamaq və sıxıntılara qarşı səbr etmək üçün verilmiş bir vaxtdır. Bu müqəddəs ayda dünya müsəlmanları müharibədən, aclıqdan, yoxsulluqdan və xəstəliklərdən təsirlənənlərə yardım əlini uzadır”, - deyə B.Obama bildirib.
Bundan başqa o, Ramazan ayı münasibətilə ölkədəki müsəlmanları ənənəvi olaraq Ağ Evdə keçirilən iftar yeməyində görmək üçün səbrsizləndiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, bu Barak Obamanın dünya müsəlmanlarına etdiyi ilk təbrik deyil.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.