Bu gün Azərbaycan boksçuları I Avropa Oyunlarında yarışlara qoşulur.
Cia.az-ın məlumatına görə, Azərbaycan idmançısı Kollazo Sotomayor kişilər arasında birinci yarımorta çəki (64 kq) dərəcəsi üzrə 1/16 final mərhələsində Sloveniyadan Edin Sejdinoviçlə üzləşəcək.
Teymur Məmmədov isə yarımağır çəki dərəcəsində Böyük Britaniyadan Joşua Buatsi ilə mübarizə aparacaq.
Bu gün Taekvondo üzrə yarışlar da davam edir. Azərbaycan komanda üzvlərinin iştirakı ilə iki görüş planlaşdırılır.
Fəridə Əzizova (-67 kq çəki dərəcəsi) hollandiyalı Van Baaren Joyce ilə, Milad Beigi (-80 kq çəki dərəcəsi) isə Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.