I Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışlar davam edir.
Cia.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Beigi Herçeqani (-80 kq çəki dərəcəsi) Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşib. İdmançımız 12:0 hesablı qələbə ilə adını 1/4 finala yazdırıb.
Beigi növbəti mərhələdə Böyük Britaniyadan olan Lutalo Məhəmməd ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan komanda üzvlərinin iştirakı ilə daha biri görüş baş tutub. Fəridə Əzizova (-67 kq çəki dərəcəsi) hollandiyalı Van Baaren Joyce ilə ilkin raundda üzləşib və 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Fəridə dörddəbir finalda Türkiyədən Nur Tatarla qarşılaşacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.