banner
banner

İdman

FİFA “Neftçi”ni “silkələdi”: 1 milyon dollar borc ödənməlidir!

FİFA “Neftçi”ni “silkələdi”:
FİFA Bakının “Neftçi” klubuna sərt xəbərdarlıq edib. Paytaxt təmsilçisi sabiq futbolçusu Emil Mpenzaya olan borcunu ödəməyə məhkum edilib.
 
Ali futbol qurumu belçikalı oyunçu ilə klub arasında mübahisəli vəziyyəti araşdıraraq, müvafiq qərarı verib. Artıq bu qərar barədə məlumatlandırılan “Neftçi” Mpenzaya təxminən 1 milyon dollar ödəməlidi.
Bu məbləğ 2010-cu ilin yayında “Neftçi”yə keçən, 3 illik müqavilə imzalamasına baxmayaraq, ilyarım sonra qovulan legionerə vaxtında ödənilməyən puldu. 2012-ci ilin əvvəlində Emilə özünə klub tapmağı tövsiyə edilib. Bunun üçün ona rəsmi icazə verib, yola salan bakılılar onun klub tapacağı vaxta qədər maaşını da ödəməyə razılaşıb. Amma az keçməmiş paytaxt təmsilçisi FİFA-ya belçikalının komandanı özbaşına tərk etməsi ilə bağlı şikayət ünvanlayıb.
Amma məsələdən xəbər tutan Mpenzanın özü də quruma şikayət etməyi lazım bilib. Bundan sonra məsələyə baxan FİFA da futbolçunun tərəfində durub. “Ağ-qaralar”ı məbləği ödəməyə məhkum edən qurum kluba daha sərt cəzalarla bağlı xəbərdarlıq da edib.
Belə ki, “Neftçi” Emilin pulunu ödəməsə transfer qadağası, hesabından xal silinməsi, aşağı dəstəyə göndərilməsi kimi cəzalara məruz qala bilər.
Cia.az

 

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.