banner
banner

Dünya

ABŞ ordusunun gücü azalır

ABŞ ordusunun gücü azalır

Pentaqon rəhbəri Çak Hegel XXI əsrdə ABŞ hərbi üstünlüyünü qoruyub saxlaymaq məqsədilə yeni hərbi texnologiyalar və silah sistemlərinin inkişafını nəzərdə tutan proqramın qəbul olunduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Kaliforniyada keçirilmiş müdafiə məsələləri üzrə forumda çıxış edən ABŞ müdafiə naziri xəbərdarlıq edib ki, ABŞ ordusu öz texnoloji qüdrətini itirməkdədir və yeni təhlükələrin qarşısını almaq imkanında olmaq üçün yeni silah sistemlərinin inkişafına ehtiyac var.

Hegel Rusiya və Çin kimi dövlətlər öz hərbi xərclərini artırdığını və silahlarını modernləşdirdiyini qeyd edib.

Bundan başqa, ABŞ müdafiə nazirinin qeyd etdiyi kimi, əvvəllər yalnız məhdud sayda inkişaf etmiş ölkənin malik olduğu silah sistemləri getdikcə daha çox sayda ölkələrə yayılır və o cümlədən, terrorçu təşkilatlar üçün əlçatan silaha çevrilir.

Çak Hegel yeni proqrama start verildiyini və müasir müdafiə texnologiyalarına xərclərin artırılmasının nəzərdə tutulduğunu desə də, çıxışında konkret rəqəmlər göstərməyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.