banner
banner

Dünya

59.5 milyon insanla bağlı - dəhşətli xəbər

59.5 milyon insanla bağlı -

BMT qaçqınlarla bağlı acınacaqlı hesabatını ictimaiyyətə açıqlayıb.
Cia.az-ın məlumatına görə, 2014-cü ildə müharibə, münaqişə və təqib nəticəsində evlərindən didərgin düşənlərin sayı rekord təşkil edən 59.5 milyona çatıb. 

BMT statistikası 19.5 milyon qaçqın, 38.2 miyon məcburi köçkün və sığınacağa müraciət edən 1.8 milyon adamı əhatə edir. 

Hesabatda qeyd olunur ki, qaçqınların yarısından çoxu uşaqlardır.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən hazırlanmış sənədə əsasən ötən ilə nisbətdə evlərini tərk etməyə məcbur olmuş insanların sayı artaraq 8.3 milyona çatıb.

Qaçqınların sayının rekord həddə çatmasında əsas amil Suriyada davam edən münaqişədir.

Qaçqınlarla işi üzrə BMT-nın baş rəsmisi Antonio Guterres vəziyyətin gündən-günə pisləşdiyini bildirib. "Getdikcə daha çox insan əziyyət çəkir, bədbəxtlikdən onların hamısına dəstək vermək imkanı yoxdur" - deyə, Guterres təəssüfünü gizlətməyib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.