ABŞ prezidentlərində namizəd, tanınmış amerikalı milyarder Donald Tramp gündəmə düşmək üçün maraqlı açıqlamalar verib.
O deyib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın dövlət başçısı Barak Obamaya hörmət etmir. Birləşmiş Ştatlar ilə Rusiya arasında əlaqələri yaxşılaşdırmaq lazımdır.
ABŞ prezidentlərində namizəd Fox News telekanalına müsahibəsində V.Putin ilə gözəl münasibətlərinin olduğunu bildirib: "Mən tamaşaçılara xatırladıram ki, 2013-cü ildə Moskvada idim. Bu insanlarla yola getmək olar və bu, çox yaxşıdır. Onlar ilə istənilən razılıq əldə etmək mümkündür. Amma Obama bunu bacarmır. Mənim Putinlə çox gözəl münasibətlərim yaranıb. Amerikalılar bilməlidirlər ki, Putin Rusiyada çox məşhurdur. Onu orada ona görə sevirlər ki, o, dediyini edir, onu ona görə sevirlər ki, o, özünü çox yaxşı təqdim edir."
Milyarder telekanalın efirində etiraf edib ki, bütün dünya ABŞ-a nifrət edir: "Deyirlər ki, hamının nifrət etməsi mümkün deyil. Amma bütün dünya bizə nifrət edir. Əvvəllər hamı deyirdi ki, heç vaxt Rusiyaya və Çinə qarşı getməyin, insanları onlara qarşı itələməyin. Amma, çox təəssüf ki, Obama məhz belə etdi."
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.