Ukraynanın şərqində gedən döyüşlərdə 3 əsgər ölüb, 14 nəfərsə yaralanıb.
Cia.az-ın məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçusu Andrey Lisenko bildirib. Lisenko toqquşmaların səngimədiyini və bəzi ərazilərdə iri miqyasa keçdiyini qeyd edib.
BMT-nin məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hokumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.
Bu ilin fevralında Minskdə tərəflər arasında atəşkəs sazişi imzalansa da vaxtaşırı toqquşmalar olur və bu son vaxtlar daha artıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.