banner
banner

İdman

Ermənini udan güləşçimizdən daha bir medal

Ermənini udan güləşçimizdən daha bir medal

Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatır.
Cia.az-ın məlumatına görə, 61 kq çəkidə Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də Ermənistan təmsilçisi ilə qarşılaşıb.

Avropa və dünya çempionumuz ilk cəhdində Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib.

Əliyev 1/4 finalda Mikola Bolotnyukla güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə üz-üzə gəlib. O, təcrübəli rəqib qarşısında ilk xalı qazansa da, qələbəni rəqib bayram edib - 5:2.

Əliyev bürünc medal uğrunda görüşdə türk pəhləvanı məğlub edərək millimizə növbəti medalı qazandırıb.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.