banner
banner

Sağlamlıq

Barmaqarası TƏHLÜKƏ: “vetnamka” çox geyinsəniz...

Barmaqarası TƏHLÜKƏ:

Ötən yaydan kənara qoyulan “vetnamka”lar artıq geyinilməyə başlayıb.

Bir çox modeli olan “vetnamka”ları həm rahat olduğu, həm də sərin saxladığı üçün işə belə geyinirik.

Bəs şıq olduğunu düşündüyünüz bu “vetnamka”lar nə dərəcədə təhlükəsizdir?

Araşdırmalar ayaq sağlamlığını pozan bu ayaqqabıların zərərlərini ortaya çıxarıb. Araşdırmanın nəticələrini təqdim edirik.

“Vetnamka” barmaq arası ilə ayağa nazik qayış sayəsində sarılır. Bu da barmaq arası əzələlərin dözməsi üçün həddən çox yorulmasına səbəb olur. Nəticədə əzələlər fəsad ala və ayaq barmağında tendon problemlər ortaya çıxa bilər. Tendonlar əzələləri sümüyə bağlayar və problemi olanda şiddətli ağrılara yol açar.

İki barmaq arasında qalan plastik, ya da dəri qayış şişmə, qızartı və su toplanması kimi problemlərə yol açır.

Çox “vetnamka” geyinmək ayaqda çat riskini artırır.

“Vetnamka” geyinəndə adamın yerişi dəyişir. Daha kiçik addımlar atır, topuğun yerə toxunma dərəcəsi dəyişir.

Araşdırmaya görə, “vetnamka”da 18 min ədəd bakteriya olur.

Ayaq tərlədiyi vaxtlarda ayaq dabanında göynəmə və şişməyə yol açır.

Topuq bölgəsində şiddətli ağrılara yol aça bilər. “Topuq tikanı” problemi riski də var.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.