“Baku Crystal Hall”da birinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.
Cia.az-ın AzərTac-a istinadən xəbərinə görə, dayanq üzərində qadınlar arasında 67 və kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcələrində taekvondoçular qüvvələrini sınayırlar.
Oyunlarda mübarizə aparacaq taekvondoçularımızdan Azərbaycan təmsilçisi Marina Tedeyeva (67 kq-dan yuxarı) ukraynalı Marina Konieva ilə görüşüb və rəqibinə 4:10 hesabı ilə məğlub olub. Ukraynalı idmançı finaladək irəliləsə onda Azərbaycan təmsilçisinin təsəlliverici görüşü olacaq. __________
Kişilərin yarışında 80 kiloqramdan yuxarı dərəcəsində dörddəbir final mərhələsindən birbaşa mübarizəyə qoşulacaq Azərbaycan taekvondoçusu Radik İsayevin rəqibi məlum olub. Azərbaycan yığma komandasının üzvü, dünya və Avropa çempionumuz ilk görüşdə hollandiyalı Yeroen Vanroiy ilə qarşılaşacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.