banner
banner

Dünya

Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi

Dəmirəlin cənazəsi ilə selfi çəkdirdi

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin cənazəsi Kocatepe Məscidinə gətirilib. 

Cia.az-ın məlumatına görə, Dəmirəlin cənazəsinin keçidi əsnasında bəzi vətəndaşlar telefonlarıyla selfie çəkməyə çalışıb. Polis təhlükəsizlik tədbirləri üçün böyük səy göstərib. 

Ancaq buna baxmayaraq bəzi vətəndaşlar selfi çəkdirməsi xoş qarşılanmayıb. Hətta sosial şəbəkələrdə insanlar selfi çəkdirənləri tənqid ediblər. 

Qeyd edək ki, Dəmirəlin cənazəsi hazırda xüsusi avtomobillə Kocatepe Məscidinə aparılıb. Burada cümə namazının ardından cənazə namazı qılınacaq. Dəmirəlin qəbri daha sonra İspartaya aparılacaq və şənbə günü burada dəfn olunacaq. 

91 yaşındakı 9-cu prezident Süleyman Dəmirəl çərşənbə günü vəfat etmişdi. Mərhum prezidentin ölüm səbəbi tənəffüs yolu infeksiyası, böyrək və ürək çatmazlığı olaraq açıqlanmışdı.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.