banner
banner

Dünya

Ərdoğan İspaniyanı qarışdırdı

Ərdoğan İspaniyanı qarışdırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerikanı Xristofor Kolumbdan əvvəl müsəlmanların kəşf etdiyini söyləməsi İspaniyada böyük səs-küy yaradıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu açıqlamasına ispan mətbuatı sənədlərlə cavab verməyə çalışıb. Buna qarşılıq olaraq isə türk prezidentdən söylədiklərinin həqiqət olduğunu əks etdirən sübut tələb ediblər.

“Kolumbun xatirələrində Kubada bir dağın təpəsində məscid olduğu yazılmayıb. Həmin dövrlərdə yaşayan filosof və dini xadimlərdən biri kimi tanınan Bartolome de Las Kasas səyyah barədə yazdığı hekayədə Kubanı rəsvir edərkən “Bir dağ gördüm, dağın üzərində zərif məscidə bənzəyən kiçik təpə vardı” sözləri yazılıb. Lakin bu sözlər bir din xadiminin uydurduğu nağıldan və bənzətmədən başqa bir şey deyil, heç bir həqiqəti də əks etdirmir.” – deyə ispan qəzetlərində R.T.Ərdoğana cavab açılaması verilib.

Xatırladaq ki, Birinci Latın Amerika ölkələri müsəlman dini liderlərinin zirvə görüşünün yekununda çıxış edən Ərdoğan deyib ki, Kolumbdan 314 il əvvəl, yəni 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə üzüblər. Onun sözlərinə görə, hətta Kolumb xatirələrində Kuba sahillərinə çatanda dağın təpəsində bir məscid gördüyündən bəhs edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.