Prezident İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcəsində taekvando yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Cia.az-ın məlumatına görə, İlham Əliyev bu çəki dərəcəsində qalib gələn azərbaycanlı taekvandoçu Radik İsayev qızıl medalı təqdim edib. O, finalda Rusiya təmsilçisi Vladislav Larini məğlub edib.
Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycanın 13-cü qızıl medalıdır. Ümumilikdə idmançılarımız Oyunlarda 30 medal əldə ediblər (13 qızıl, 5 gümüş, 12 bürünc).
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.