banner
banner

İdman

İdmançımız bir gündə 2 medal qazandı

İdmançımız bir gündə 2 medal qazandı

Bu gün "Bakı-2015" I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulacaq. Cia.az-ın məlumatına görə, komanda və fərdi çoxnövçülük yarışlarının ardından gimnastlar ayrı-ayrı hərəkətlərdə ən güclüləri müəyyənləşdirir.

Milli Gimnastika Arenasında ümumilikdə 10 dəst medal sahibini tapacaq. Qadınlar 4, kişilər 6 hərəkətdə çıxış edir. Hər yarışda 6 idmançı qüvvəsini sınayır.

Mükafatlar uğrunda Azərbaycan gimnastı Oleq Stepko da mübarizə aparır. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda yarışır.

Belə ki, Oleq 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayır.

Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdı. Gimnastımzıla yanaşı, ilk “üçlük”də sloveniyalı Saso Bartonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb.

Həlqələrdə hərəkətlərdə 14.466 xal toplayan idmançımız 4-cü olub. Qızıl medalı Elefterios Petrounias (Yunanıstan), gümüş medalı Nikita İqnatyev (Rusiya), bürünc medalı isə İbrahim Çolak (Türkiyə) qazanıb.

Dayaqla tullanmada ilk çıxış edən Stepko olub. O, 14.966 xal toplayaraq bürünc medal qazanıb. Bu Oleqin Avropa Oyunlarında 4-cü, Azərbaycanın 32-ci medalıdı. Dayaqla tullanmada Oleq Verniayev (Ukrayna) qızıl, Kasimir Şmidt (Hollandiya) gümüş medala sahib çıxıb.

Saat 18:52-də paralel qollarda yarışa start veriləcək. Stepko Avropa Oyunlarındakı son çıxışını yerinə yetirəcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.