Cənubi Koreyada MERS virusu qurbanlarının sayı 27-ə çatıb.
Cia.az-ın məlumatına görə, Yaxın Şərq Respirator Sindrom (MERS) virusundan Cənubi Koreyada baş verən sonuncu ölüm halı barədə xəbəri “Yonhap” agentliyi yayıb.
Xəbərdə bildirilir ki, koronovirus xəstəliyi diaqnozu qoyulan üç nəfərin dünyasını dəyişməsilə ilə ölənlərin sayı 27-ə çatıb.
Həmçinin, ölkənin səhiyyə nazirliyi virusdan əziyyət çəkən onlarla xəstənin vəziyyətinin ağır olduğu barədə məlumat yayıb.
Qeyd edək ki, ötən gün Cənubi Koreyadan olan həkimlər yaranan böhran səbəbilə çıxış yolları axtararkən, QİÇS (AIDS), Ebola və SARS (MERS) viruslarını təsirsiz hala gətirən dərman (vaksin) icad etdikləri barədə xəbər yayıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.