banner
banner

İdman

“Medal qazanmasam, karyeramı bitirəcəm”

“Medal qazanmasam, karyeramı bitirəcəm”

Cüdo üzrə milli komandamızın üzvü, 68 kq-da Azərbaycanı təmsil edəcək Aişə Qurbanlı iyunun 25-də Bakı-2015 Avropa Oyunlarında ilk görüşünü keçirəcək. 


O, yarışdan öncə fikirlərini qafqazinfo ilə bölüşüb. Aişənin müsahibəsini təqdim edirik:

- Avropa Oyunları haqqında fikirləriniz necədir?

- Təbii ki, hamımız həyəcanlıyıq. Doğma arenada belə bir yarış təşkil olunur. Bu bizim üçün də böyük məsuliyyətdir. Bu böyük yarışdan üzüağ çıxmağa çalışacağıq.

- Bakıya gələn cüdoçulardan kimlər ən çox diqqət çəkir?

- Ümumiyyətlə idmanda zəif rəqib yoxdur. Fikrimcə, çətin olacaq. Bütün idmançılar medal qazanmaq üçün gəlib.

- Sizin üçün ən çətin rəqiblər kimdir?

- Rəqibin güclüsü, zəifi olmaz. Bilirsiz, hansısa rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Çünki elə olur ki, güclü idmançını udursan, zəifə uduzursan. Ona görə də  indidən heç nə deməyək. Ümid edirəm ki, yaxşı olacaq.

- Qızıl medal gözləyirsiz, yoxsa başqa medallar da uğur sayılacaq?

- Fikrim medal qazanmaqdır. Fərqi yoxdur ki, bu qızıl, gümüş və ya bürünc olacaq. Uğur istənilən halda, uğurdur.

- Avropa Oyunlarındakı nəticələr sizin gələcək karyeranıza təsir edəcək?

- Əlbəttə ki, edəcək. Əgər Avropa Oyunlarında medal qazana bilməsəm, karyeramı başa vuracam. 

- Nə üçün karyeranızı başa vuracaqsız?

- Çünki 11 ildir ki, idmandayam. Böyük uğur qazanmaq istəyirəm. Bunu etsəm, hər şey yaxşı olacaq. Qazana bilməsəm, deməli məndə alınmır. Ona görə də karyeramı başa vuracam.

- Əgər qazana bilsəniz, hədəfiniz nə olacaq?

- 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılıb uğur qazanmaq.

- Ümumiyyətlə cüdo komandamızda kimlərdən medal gözləyirsiz?

- Kifayər Qasımova və özümdən (gülür).

- Kişilərin yarışında?

- Orxan Səfərov, Rüstəm Orucov və Elxan Məmmədovdan.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.