banner
banner

İdman

Daha bir boksçumuz 1/4 finalda - yenilənib

Daha bir boksçumuz 1/4 finalda -

Bu gün Bakı-2015 birinci Avropa Oyunlarında boksçuların yarışında 5 idmançımız rinqə çıxacaq. Onlardan 4 nəfəri Avropa Oyunlarında ilk döyüşünə çıxacaq.

Cia.az-ın məlumatına görə, bu gün Kristal Zalda keçirilən yarışlarda rinqə ilk çıxacaq boksçumuz Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva 1/8 finalda Finlandiya idmançısı Mira Potkonenlə qarşılaşıb. İdmançımız 3:0 hesabı ilə qələbə qazanaraq dörddəbir finala keçib.

Azərbaycanı yarım-orta çəkidə (69 kq) təmsil edən Pərviz Bağırov Moldova boksçusu Vasili Belousu 3:0 məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Saat 15:30-da ağır çəkili (91 kq) boksçumuz Aldulkadir Abdullayev 1/4 final mərhələsinə vəsiqə əldə etmək üçün Macarıstan təmsilçisi Adam Hamori ilə mübarizə aparacaq. Püşkə əsasən A.Abdullayev də 1/16 final mərhələsində döyüşlərdən azad idi.

Saat 20:30-da isə təmsilçimiz Kollazo Sotomayor növbəti döyüşünə çıxacaq. Birinci yarım-orta çəkidə (64 kq) çıxış edən Sotomayorun 1/8 finaldakı rəqibi moldovalı Dmitri Qalaqot olacaq. Qeyd edək ki, bundan əvvəlki mərhələdə təmsilçimiz Sloveniya boksçusu Edin Seydinoviçi yarışdan kənarlaşdırmışdı.

Azərbaycanı orta çəkidə (75 kq) təmsil edən Xaybula Musalovun  qarşılaşması saat 21:00-da başlayacaq 1/8 final mərhələsindəki döyüşdə o, Fransadan olan boskçu Kristian Mbilli Assomo-Hallier ilə münasibətlərə aydınlıq gətirəcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.