Bu gün Birləşmiş Ştatlarda ataların verdiyi töhfələri dəyərləndirmək üçün Atalar günü qeyd edilir. Qeyri-rəsmi gün olan Atalar günü hər il iyun ayının üçüncü bazar günü qeyd edilir. Adətən ailə üzvləri bu gündə atalara hədiyyələr verir və onlar nahar və şam yeməyinə dəvət edilir. İqtisadçıların bildirdiyinə görə, amerikalılar Atalar günü hədiyyələrə hər il bir milyard dollardan artıq vəsait xərcləyir.
Atalar gününün tarixi 1908-ci il iyul ayının 5-də Qərbi Virciniya ştatınındakı kilsədə bundan bir il əvvəl daş-kömür şaxtasında həyatını itirmiş kişilər üçün dua mərasimindən başlayır.
Bundan bir il sonra isə Vaşinqton ştatında dul qalmış atası tərəfindən böyüdülmüş bir qadın atalar üçün Analar gününə oxşar bir günün yaradılması təşəbbüsü ilə çıxış edib. Onun müvəffəq səyləri nəticəsində Vaşinqton ştatında ilk dəfə olaraq Atalar günü qeyd edilib.
1920-ci və 1930-cu illərdə Atalar və Analar günləri birləşdirilərək Valideynlər günü kimi bir yerdə qeyd edilib. Lakin İkinci Dünya Müharibəsi dövrü ölkəyə xidmət edən kişilərə yüksək ehtiram göstərilməsi məqsədilə Atalar gününün ayrı qeyd edilməsi təklif edilib. Bu təklif böyük dəstəklə qaşılanıb və müharibənin sonunda Atalar günü artıq ölkə miqyasında bir gün kimi qeyd edilib. 1972-ci ildə ABŞ prezidenti Riçard Nikson Atalar gününü ölkədə milli bayram elan edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.