Nyu Yorkda rəsmi səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Ban Ki munun ötən gün ölkə rəhbərləri üçün təşkil etdiyi ziyafətə qatılmayıb.
ANS PRESS-in xəbərinə görə buna, ziyafətdə Misirdə hərbi xunta yoluyla hakimiyyəti ələ keçirmiş Əbdilfəttah Sisinin olması səbəb olub.
Məlumata görə, əslində ziyafətə gedən Türkiyə prezidenti əs Sisini burda görərək ziyafətdə iştirak etməkdən imtina edərək geri qayıdıb. Ərdoğan kəskin şəkildə “xuntaçılarla” eyni masa ətrafında oturmayacağını bildirib.
Qeyd edək ki, ötən gün BMT-nin mənzil qərarhahında təşkil olunan ziyafətdəki əsas masada Ban Kİ mun, ABŞ prezidenti B. Obama, İspaniya kralı VI Filip, Çili prezidenti Mişel Baçelet, Cənubi Koreyanın prezidenti Park Qın He, Meksika prezidenti Enrike Penya Nieto, CAR prezidenti Ceykob Zuma, İordaniya kralı Abdullah bin Hüseyn və Misir prezidenti Əbdilfəttah əs Sisi oturub. Ərdoğan da məhz həmin masaya dəvət olunduğundan ziyafəti tərk edib.
Bildirilir ki, Ərdoğan üçün müəyyənləşdirilən yerlə əs Sisinin oturduğu yer arasında CAR prezidenti Zuma olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.