Bakı 2015 ilk Avropa Oyunalarında badminton üzrə yarışlar keçirilir.
Cia.az-ın məlumatına görə, badminton üzrə qrup yarışları bazar ertəsi günü beş növ - kişilər arasında təklərin və cütlərin yarışı, qadınlar arasında təklərin və cütlərin yarışı və qarışıq cütlüklər üzrə keçirilir.
Saat 11:00-da B qrupu üzrə təklərin yarışında azərbaycanlı Kənan Rzayev, rəqibi İsraildən olan Mişa Zilbermana qarşı mübarizə aparacaq.
B qrupu üzrə kişilər arasında cütlərin yarışında həmyerlimiz Rzayev və Orxan Qələndərovdan ibarət cütlük, türkiyəli həmkarları olan Emre Vurala və Sinan Zorluya qarşı mübarizə aparacaqlar. Bu oyunun 18:40-da keçirilməsi nəzərədə tutulub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.