Bu gün Bakı-2015 Avropa Oyunlarında sambo yarışları keçirilir. Cia.az-ın məlumatına görə, saytının məlumatına görə, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayır. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.
Kişilər arasında 57 kq çəki dərəcəsində həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və döyüşünü üstün bitirib - 3:1.
“Neftçi İdman Klubu”nun üzvü finalda rusiyalı Aymerqen Atkunovla gücünü yoxlayıb. Həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:4) və o, gümüş medalla kifayətlənib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.