banner
banner

İdman

Erik Ramos üzr istədi

Erik Ramos üzr istədi

"Neftçi" "Bakı" ilə yoxlama oyunundan sonra istirahəti başa vuraraq məşqlərini bərpa edib.

CİA.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda “Simurq”la matçın hazırlığına start verib.

Dünən klubun bazasındakı meydançada baş tutmuş məşqdən əvvəl paraqvaylı futbolçu Erik Ramos "Bakı" ilə yoxlama oyununda etdiyi hərəkətə görə klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarından, eləcə də azarkeşlərdən üzr istəyib. Ramos bununla bağlı klubun rəsmi saytına açıqlama verib:

“Yoxlama oyununda rəqib futbolçu mənə qarşı iki təhrikedici hərəkət elədi və nəticədə emosiyalarımı cilovlaya bilmədim. Bütün hallarda özümə haqq qazandırmıram. Hazırlıq oyunu olmasına baxmayaraq belə etməməliydim. Səhvimi anlayıram. Buna görə də klub rəhbərliyindən, məşqçilər heyətindən, komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəməyi özümə borc bildim. Ümid edirəm ki, onlar məni anlayışla qarşılayacaqlar. Çalışacağam ki, gələcəkdə belə hallar baş verməsin”.

Xatırladaq ki, E.Ramos "Bakı" yaxşı yoldaşlıq matçında rəqib komandanın futbolçusu Nurlan Novruzovu yumruqlar vurub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.