Əgər əzələlər çips, kola, dondurma, tort, kartof qızartması, şokolad və çaydan əmələ gəlsəydi, çoxumuz nəhəng, hər əzələsi gözlə görünən insanlar ola bilərdik. Ancaq “təəssüf ki” belə deyil və əzələ yaradan qidalar bu saydıqlarımdan tamamilə fərqlidir. Əzələ yaratmaq və ya mövcud əzələləri inkişaf etdirmək və yağ yandırmaq üçün bir çox fərqli protein qaynağına, tərəvəzə, meyvəyə, karbohidrata və sağlam yağlara ehtiyacımız var. Protein, əzələ əmələ gətirən qidalar arasında ilk sıradadır amma karbohidrat və yağların tamamilə gözardı edilməməsi və nizamlı bir şəkildə qəbul edilməsi gərəklidir. Məsələn, heç yağ ehtiva etməyən bir qidalanma proqramı tətbiq etsəniz, bədəniniz mövcud yağı saxlamağa çalışcaq. Bu da yağın daha uzun müddətdə bədəndən atılmasına səbəb ola bilər.
Əzələ yaradan qidalar nələrdir?
Yumurta: Mütəxəssislər, nizamlı olaraq yumurta yeməyin əzələ inkişafında önəmli bir rolu olduğunu qeyd edirlər. 1 ədəd orta ölçülü yumurta, tərkibində 7 qram “keyfiyyətli” protein daşıyır.
Balıq: Qızıl balıq, tuna balığı kimi yağlı, soyuq dəniz balıqları zəngin protein dəyərləri və sağlam omega-3 yağ turşuları ilə əzələ yaradan qidalar arsında önəmli bir yerə sahibdir. 100 qram qızıl balıq, tərkibində təxminən 25 qram protein daşıyır.
Toyuq: Protein və yağ qəbulunu tarazlaşdırmaq üçün ən ideal qidalardan biri toyuqdur. 100 qram toyuq, tərkibində təxminən 30 qram protein daşıyır və yağ nisbəti sadəcə 4 qramdır.
Soya: Bizim mətbəxdə çox məşhur bir qida olmamaqla yanaşı əzələ yaradan qidalar arasında tez tez qeyd edilən soya, “tam” protein təmin edən nadir bitki mənşəli qidalardan biridir. Sadəcə bir qab bişmiş soya, tərkibində, 20 qram amin turşusu daşıyır.
Qırmızı ət: Yağsız qıyma kimi qırmızı ətlər mükəmməl bir protein qaynaqlarıdır. 100 qram yağsız qıyma, tərkibində, 27 qram protein daşıyır. Mal ətini digər ətlərdən ayıran xüsusiyyət, əzələ inkişafında vacib rolu olan B12 vitamini ilə sink və dəmir baxımından zəngin olmasıdır.
Süzmə pendir: Az yağlı və ya yağzız süzmə pendir protein baxımından zəngindir.
Əzələ yaradan digər qidalar:
Aşağıdakı siyahıda tərkibində daşıdıqları vitamin, mineral və digər qida elementləri ilə əzələlərin inkişafında qatqısı olan və mütəxəssislər tərəfindən tövsiyyə edilən digər qidalar yer alır:
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.