banner
banner

İdman

Üzgüçülük yarışları başlayıb - yenilənir+fotolar

Üzgüçülük yarışları başlayıb -

Avropa Oyunları çərçivəsində Bakı İdman Sarayında kişilər və qadınlar arasında su idmanı yarışları start götürüb.

Cia.az-ın məlumatına görə, artıq brass (50 metr), kəpənək (50 metr) və sərbəst (100) üsullarda seçmə mərhələnin yarışları keçirilib.
Qadınlar arasında üzgüçülük üzrə 50 metr məsafəyə brass, 100 və 800 metr məsafəyə sərbəst, 200 metr məsafəyə kəpənək üsulu ilə, habelə 400 metr məsafəyə fərdi kompleks, 200 metr məsafəyə arxası üstə və sərbəst üsulla 4x100 estafet üzrə ilkin yarışlar başa çatıb. Kişilər 50 metr məsafəyə kəpənək, 400 metr məsafəyə sərbəst, 100 metr məsafəyə arxası üstə, 200 metr məsafəyə brass və sərbəst üsulla 4x100 estafet üzrə yarışlarda mübarizə aparıblar.

Ölkəmizi Murad Ayxan (28.75 saniyə), Kamran Cəfərov (27.17 saniyə) və İvan Andrianov (25.14 saniyə) 50 metr məsafəyə kəpənək üsulu ilə, Anna Mançenkova (1:03.15 dəqiqə) 100 metr məsafəyə sərbəst, Alsu Bayramova (2:24.36 dəqiqə) 200 metr məsafəyə kəpənək, Qriqori Kalmınski (59.79 saniyə) 100 metr məsafəyə arxası üstə, Anton Jeltyakov (2:19.38 dəqiqə) 200 metr məsafəyə brass və Yuliya Stısyuk (2:30.06 dəqiqə) 200 metr məsafəyə arxası üstə üzməklə təmsil ediblər. Azərbaycan idmançıları, həmçinin kişilər arasında (3:37.06 dəqiqə) sərbəst üsulla 4x100 estafet üzrə yarışlarda iştirak ediblər.

 
 


 

 

 

 

 

 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.