banner
banner

İdman

Erməni samboçusu Bakıda xəstəxanaya düşdü

Erməni samboçusu Bakıda xəstəxanaya düşdü

I Avropa Oyunları çərçivəsində Azərbaycanda olmuş erməni idmançı xəstəxanaya aparılıb. 

 

Cia.az APA-ya istinadən xəbər verir ki, iyunun 22-də keçirilmiş sambo yarışlarında 52 kq çəki dərəcəsində tatami üzərinə çıxan rusiyalı idmançı Anna Xaritonova Ermənistan təmsilçisi Sosa Balasanyanla qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Rusiya təmsilçisinin fəndi zamanı ermənistanlı samboçu zədələnib və o, kəllə-beyin travması şübhəsi ilə xəstəxanaya aparılıb.

Xəstəxanada S.Balasanyana yüksək səviyyədə ilkin tibbi yardım göstərilib. Bunu idmançının səhhəti barədə danışan Avropa Oyunlarında Ermәnistan nümayәndә heyәtinin press attaşesi Karen Qilayan bildirib.

O deyib ki, Balasanyanın səhhətində ciddi problem yoxdur: “Güləşərkən o, boyun zədəsi aldı və ona təcili tibbi yardım göstərildi. Müəyyən olundu ki, bu, adi boyun burxulmasıdır və indi hər şey normaldır, heç bir problem yoxdur. İdmançımız artıq vətənə qayıdıb”.

Azərbaycanlı həkimlərin S.Balasanyanı müayinə etməsinə münasibət bildirən K.Qilayan vurğulayb ki, ciddi müalicəyə ehtiyac olmayıb: “İdmançımız tibb mərkəzində 2-3 saat saxlanıldı, həkimlər rentgen etdilər, sonra isə Atletlər Kəndindəki poliklinikada da müayinədən keçirdilər. Müayinə zamanı hər hansı ciddi problemin olmadığı müəyyənləşdi”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.