İsrail ordusuna məxsus hərbi təyyarələr Qəzzaya hücum təşkil edib.
Cia.az-ın məlumatına görə, İsrail qırıcıları Qəzzanın şimalında yerləşən Beyt Hanun bölgəsinə raket zərbəsi endirib. Bu barədə “Haaretz” xəbər yayıb.
Xəbərdə bildirilir ki, atılan raket zərbəsinin əkin sahəsinə düşməsi nəticəsində təsərrüfat məhsullarına böyük miqdarda ziyan dəyib.
Qəzzadakı xəstəxana nümayəndələri hücum sonrası heç bir ölüm və yaralı olmadığını açıqlayıb.
İsrailin bölgədə uçuşları davam edir. Ordudakı səlahiyyətli şəxslərdən biri İsrail radiosuna verdiyi açıqlamada cənubda yerləşən Hof Aşkelon yəhudi kampına Qəzzadan raket atıldığını bildirib.
Yerli hakimiyyət bu hücuma görə Həması təqsirli bilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.