banner
banner

Dünya

Tarixi saziş imzalandı

Tarixi saziş imzalandı

Avstraliya və Çin arasında tarixi saziş imzalanıb. İki ölkə arasında azad ticarətə dair saziş Avstraliyanın paytaxtı Kanberrada Avstraliyanın Baş naziri Toni Ebbot və Çin lideri Si Tszinpin tərəfindən imzalanıb.

ANS PRESS-in məlumatına görə, Kanberra və Pekin arasında danışıqlar 10 ilə yaxın davam edib. Bu razılaşma həcmi milyardlarla dollar olan iki ölkə bazarlarını tədricən bir-biri üçün açacaq. Çinin Avstraliyaya investisiyalarına qoyulmuş məhdudiyyətlər də tədricən yumşaldılacaq.

Saziş imzalanmazdan əvvəl Avstraliya parlamentində çıxış edən Çin lideri 2020-ci ilədək Çinin ümumdaxili məhsulunu 2 dəfə artıraraq, müasir sosialist dövləti yaratmaq niyyətində olduğunu bildirmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.