banner
banner

Dünya

Şok iddia: ABŞ Həzrəti Mehdini axtarır

Şok iddia:

İran İslam respublikasının sabiq prezidenti Mahmud Əhmədinejad şok iddialarla çıxış edib. Keçmiş prezident ABŞ-ın həzrəti Mehdini ələ keçirməyə çalışdığını, bu məqsədlə onu axtardığını deyib. 

Yerli “Şərq” qəzetinin xəbərinə görə, Əhmədinejad ramazan ayı münasibəti ilə ölkənin müxtəlif yerlərindən gələn din xadimləri və tələbələrlə görüşüb. Həzrəti Mehdi mövzusunda iddialı fikirlər səsləndirən sabiq prezident bildirib ki, ABŞ Amerika imeratorluğunu çökdürəcək şəxsin həzrəti Mehdi olduğunu bilir və bu səbəblə də onun barəsində ətraflı araşdırma aparır. 

“Özlərinə görə, həzrəti Mehdi ilə əlaqəsi ola biləcək hər kəslə münasibət yaradırlar. Onlarla görüşərək verdiyi məlumatlardan istifadə etməyə çalışırlar. Dini ali məktəblərimizdə həzrəti Mehdi barədə aparılan araşdırmaların minlərlə qatı ABŞ universitetlərində aparılır. Onlar, bizim həzrəti Mehdini axtarmağımızdan daha çox onu axtarırlar”. 

ABŞ-ın şeytanın dövləti olduğunu deyən Əhmədinejad bu dövlətin Allaha və həzrəti Mehdiyə gedən yolları bağlamaq üçün şeytan tərəfindən qurulduğunu iddia edib. ABŞ-ın həzrəti Mehdini ələ keçirməyə çalışdığını deyən sabiq ölkə başçısı, “şeytanın dövləti bilir ki, həzrəti Mehdi gələrsə işi bitəcək" – deyib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.