banner
banner

Dünya

Kerridən nüvə xəbərdarlığı

Kerridən nüvə xəbərdarlığı

"Tehran mühüm məsələlərin həllindən imtina etsə, İranla heç bir saziş olmayacaq."
Bunu ABŞ-ın dövlət katibi Con Kerri İranın Ali dini lideri Ayətollah Əli Xameneinin söylədiyi fikrə münasibət bildirib: "Onun dedikləri “yerli siyasətə” hesablanıb. Bu məsələ danışıqlarda müzakirə olunur. Yeni deyil”/ 

C.Kerri Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, iyunun 26-da danışıqların sonuncu raundunda iştirak etmək üçün Vyanaya gedəcək: "Ola bilsin, iranlılar Lozannada razılaşdırılmış tədbirlərə tam razılaşmasın, onda razılaşma da olmaya bilər. İran nüvə proqramının tamamilə sülhpərvər olub-olmamasını dünyaya sübut edə biləcək, ya yox, bu, son günlərdə bilinəcək.”

İranın Ali dini lideri Ayətollah Əli Xamenei bu həftə etdiyi çıxışında “qırmızı xətlər”i açıqlayıb. O, İranın nüvə tədqiqatının uzun müddətə dondurulmasını rədd edib: "İran yalnız o halda sazişi imzalaya bilər ki, əvvəlcə beynəlxalq sanksiyalar qaldırılsın. ABŞ və müttəfiqləri bu tələbləri yerinə yetirməyə həvəsli deyil."

Xatırladaq ki, "Altılıq" dövlətləri ilə İran nüvə proqramı üzrə iyunun 30-dək saziş əldə etməli və yekun sənəd imzalamalıdır.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.