"Bakı-2015" I Avropa Oyunlarının 14-cü günündə bir sıra oyunlara start verilib. Cia.az-ın məlumatına görə, badmintonla yanaşı, qılıncoynatma və üzgüçülük yarışları da başlayıb.
Qadın qılıncoynadanlar Bakı Kristal Zalında fərdi slyaba, kişilər isə rapira yarışlarında qalib və mükafatçıların adına aydınlıq gətirirlər. Bakı Su İdmanı Mərkəzinin hovuzunda isə üzgüçülər arasında çempionlar məlum olacaq.
Qeyd edək ki, oyunların 14-cü gündə 8 idman növü üzrə yarışlar keçiriləcək və 21 dəst medal sahibini tapacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.