banner
banner

Dünya

Homoseksualların nikahı rəsmiləşdi- Prezident dəstəklədi

Homoseksualların nikahı rəsmiləşdi-

Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinslilərin nikah hüququnu təmin edib. 

Cia.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama bu qərarı “Amerika üçün qələbə” adlandırıb. Onun sözlərinə görə, bundan sonra amerikalılar daha azad və bərabər olacaqlar. 

Obama bu xəbərin uzun zamandır ki, öz hüquqları, evlərində böyütdükləri uşaqların haqları uğrunda mübarizə aparan cütlüklər üçün çox sevindirici olduğunu qeyd edib:

“Eynicinslilərin nikahının qanuni elan olunması Amerika cəmiyyətinin bütövləşməsinə xidmət edəcək”.

Qeyd edək ki, bu günə qədər Amerikanın yalnız 37-i ştatında eynicinslilərin nikahına qanunla icazə verilirdi. Qərardan sonra isə bütün ölkə ərazisində evlənmək istəyən homoseksuallara yaşıl işıq yanacaq. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.