İngiltərənin Surrey qraflığının mütəxəssisləri gecə işləməyin insan orqanizminə ciddi zərər vurduğunu müəyyən ediblər. Araşdırmada məhz gecə işləyən insanlar iştirak edib. Həmin insanların orqanizmində 97 faiz DNT hüceyrələrində sinxronluğun pozulması müşahidə edilib. Bunun da nəticəsində insan bədəninin hormonal sistemində pozğunluq yaranır, bədən temperaturu dəyişir, beyin funksiyalarında dəyişikliklər yaranır.
Mütəxəssislər iddia edirlər ki, bütün bunlar orqanizmə molekul səviyyəsində ziyan vurur. Bu da zaman keçdikcə daha da dərinləşərək xərçəng, 2-ci növ diabet, ürək xəstəlikləri kimi ciddi xəstəliklərin yaranmasına səbəb olur. Daha əvvəllər aparılan təcrübələrdə isə müəyyən edilmişdi ki, gecə işləmək qadınlarda sonsuzluğa gətirib çıxarır.
Araşdırmaçılardan biri isə bildirib ki, sutka ərzində növbəli işləmək sanki bütün saatları müxtəlif vaxtları göstərən bir evdə yaşamaqdır. Sonda bu, xaosa səbəb olur. Onun sözlərinə görə, bioloji saatın pozulması nəticəsində yaranan mənfi təsir özünü iki ildən sonra göstərməyə başlayır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.