Ötən gün Tunisin Sus şəhərində İŞİD terror qruplaşmasının hotelə hücumu nəticəsində çox sayda ölümün qeydə alınması ölkəni bu sahədə müəyyən addımlar atmağa sövq edib. Cia.az-ın məlumatına görə, Tunisin baş naziri Həbib Essida “Reuters” açıqlamasında ölkədəki 80 məscidin bağlanacağını bildirib. Baş nazir son qanlı hücumdan sonra belə bir addımın atılmasının səbəbi olduğunu vurğulayıb.
O qeyd edib ki, ölkədəki bir sıra məscidlərdə radikal islamçılıq təbliğ edilir. Nəticədə də həmin yerlərdən bu cür hadisələri törədə biləcək terrorçular çıxır. Baş nazir bağlanması planlaşdırılan məscidlərin nəzarətdən çıxdığını da sözlərinə əlavə edib.
Xatırladaq ki, ötən gün Tunisin turizm şəhərlərindən hesab edilən Sus şəhərində İŞİD-çilərin hücumu zamanı 39 nəfər öldürülüb, 40-a yaxın yaralı olduğu bildirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.