“Bakı-2015”də 16-cı günün yarışları başladı - CANLI YAYIM
"Bakı-2015" I Avropa Oyunları davam edir. 16-cı gündə 6 idman növündə 1-i voleybol, 2-si badminton, 3-ü qılıncoynatma, 5-i boks, 5-i cüdo və 11-i üzgüçülükdə olmaqla, rekord sayda - 27 medal dəstinin sahibi müəyyənləşəcək. Artıq saat 09:00-dan etibarən qılıncoynatma oyunlarına start verilib.
Yarım saat sonra, yəni 09:30-da isə üzgüçülük yarışları keçiriləcək.
Digər oyunların keçirilmə vaxtları isə belədir: 10:00. Badminton Yarımfinal, final Bakı İdman Zalı
12:00. Cüdo Kişilər, 90 kq, 100 kq, +100 kq Qadınlar, +78 kq, +78 kq Heydər Əliyev adına İdman Arenası
16:00. Çimərlik futbolu Yarımfinal, 5-8-ci yerlər uğrunda oyunlar Çimərlik Arenası
18:00. Boks Final Qadınlar, 60 kq Kişilər, 60 kq, 69 kq, 75 kq, 91 kq Bakı Kristal Zalı
16:00. Voleybol Qadınlar, III yer uğrunda oyun Azərbaycan – Serbiya Bakı Kristal Zalı
18:30. Voleybol Qadınlar, final Türkiyə - Polşa Bakı Kristal Zalı
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.