banner
banner

Dünya

İrəvanda vəziyyət gərginləşir - FOTO+VİDEO

İrəvanda vəziyyət gərginləşir -

Ermənistanda baş qaldıran etiraz dalğası getdikcə böyüyür. Dinc aksiya keçirənlər bir neçə gündür gecəni Baqramyan prospektində keçirirlər. İndi aksiya iştirakçıları İrəvanın digər mərkəzi hissəsini - Maştosa prospektini tutmağı planlaşdırırlar.
Gecə saatlarında adıçəkilən prospektləri birləşdirən Fransa meydanı, Sayat Nova küçəsini də bağlayıblar. Bununla da şəhərin mərkəzinə hərəkət məhdudlaşıb. 
"Talana yox" aksiyası iştirakçılarına sürücülər də qoşulub. Onlar siqnallar verməklə öz dəstəklərini- həmrəyliklərini nümayiş etdirirlər. 

ANS PRESS-in məlumatına görə, bu təşəbbüs Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Polis İdarəsinin rəisi Valeri Qasparyan aksiya iştirakçılarına yalvarmağa başlayıb ki, onlar bu fikirlərindən daşınsınlar və mərkəzi prospekti bağlamasınlar.
Uzun müddətli danışıqlardan sonra yolda hərəkət nisbətən açılıb. 



O, elektrik enerjisi qiymətlərinin qalxmasına qarşı etiraz edənlərə müraciətlə deyib: "Əgər vətəndaşlar qanundan kənar hərəkətlərə yol verməsələr polis xalqa qarşı heç bir güc tətbiq etməyə təşəbbüs göstərməyəcək. Siz burada ona görə canlı divarı hördünüz ki, sanki biz xalqın düşmənləriyik?! Əksinə, biz xalqın müdafiəçiləriyik. Bu bizim ümumi şəhərimizdir, paytaxtın əsas prospektlərini bağlamaq olmaz".

Onun müavini Unan Poqosyan isə jurnalistlərə bildirib ki, etiraz edənlərin arasında silahlı şəxslər aşkar edilib və onlar burada xüsusi qurğular yerləşdiriblər.



Xatırladaq, Baqramyan prospektində ölkə əhalisinin oturaq piketi beş gündür davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı çıxır və "Soyğuna yox", "Talana yox" şüarları səsləndirirlər. Mitinq edənlər vurğulayırlar ki, iyunun 19-da başlamış aksiyalar sırf sosial xarakteri daşıyır. Biz dövlət başçısından qiymətlərin nizama salınması üzrə komissiyanın elektrik enerjisi tariflərinin 6,93 dram artırılması haqqında iyunun 17-də verdiyi qərarın ləğv olunmasını tələb edirik.



Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.