Rusiyanın federal kosmik agentliyi "Roskosmos"un rəhbəri İqor Komarov kosmosun araşdırılması haqqında maraqlı açıqlamalar verib. O, 14-15 il sonra Rusiyanın Ayı araşdırmaq üçün pilotlar göndərəcəyini deyib. Komarov kosmosun araşdırılması sahəsində ABŞ-la əməkdaşlığın mümkün olduğunu da bildirib. "NASA üçün prioritet Marsdır. Biz isə ö növbəmizdə Ayı özümüzə prioritet seçmişik. Ona görə də biz iki ölkə olaraq bu proqram üzərində birgə işləyə və bir-birimizi əla tamamlaya bilərik", - deyə Roskosmosun rəhbəri qeyd edib. Onun sözlərinə görə, kosmik sahədə araşdırmalar Rusiya ilə ABŞ arasında əməkdaşlıq üçün əla örnək ola bilərdi. Çünki bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Onun fikrincə, "qlobal layihələri birlikdə reallaşdırmaq daha yaxşıdır". Çünki buna daha az investisiya xərclənsə də, hamı üçün daha çox fayda verir.
İqor Komarov Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Beynəlxalq Kosmik Stansiyanın işinə təsir etmədiyini də deyib. "Bununla belə, Rusiya birgə fəaliyyət göstərmək üçün BRİCS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında da partnyor axtarır".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.