Türkiyə millisinin üzvü Arda Turan “Atletiko” Madrid klubundan ayrılacağı və “Barselona” ilə razılığa gəldiyi haqda yayılan xəbərlərə münasibət bildirib. Arda Turan “Tvitter” səhifəsində barəsində yazılanları təkzib edib:
“Haqqımda yayılan transfer xəbərləri həqiqəti əks etdirmir. Menecerim 3-4 klubla danışıqlar aparır. Bir yenilik olsa, burda yazacam”.
Qeyd edək ki, Arda ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin də maraqlandığı deyilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.